Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.11.2023 14:18
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində şəhid ailələri ilə görüş keçirilib

Şəki Regional Elmi Mərkəzində şəhid ailələri ilə görüş keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində şəhid ailələri ilə görüş keçirilib.

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dosent Yusif Şükürlü bildirib ki, 3 il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmiz düşmən üzərində şanlı Qələbə qazandı. Azərbaycan ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi.

Direktor şəhid valideynlərinə onlara belə vətənpərvər, şücaətli, mərd oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. O, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olanların əziz xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını, adlarının tarixə əbədi həkk olunduğu bildirib.

Yusif Şükürlü şəhid ailələrinin dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətində olduğunu, onların sosial problemlərinin həlli məqsədilə müvafiq dövlət siyasətinin həyata keçirildiyi qeyd edib. Bu diqqət və qayğının hər yerdə olduğu kimi Şəki şəhərində də davam etdirildiyi vurğulayıb.

Sonra Zəfər yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Şəki Regional Elmi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova “Mən şəhid oldum ki Vətən yaşasın” mövzusunda çıxış edib. O, müəllifi olduğu Vətən, şəhidlik zirvəsi, möhtəşəm Zəfər mövzularını əks etdirən “Mən Vətənəm”, “Vətən”, və “Vətən qartalı” adlı şeirlərini səsləndirib.

Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: