Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2023 10:20
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun laboratoriyalarının cari il üzrə hesabat iclasları keçirilir

İdarəetmə Sistemləri İnstitutunun laboratoriyalarının cari il üzrə hesabat iclasları keçirilir

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının iclasında bir sıra laboratoriyalarının cari il üzrə hesabatları dinlənilib.

Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak ediblər.

İclasda İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyası, Diskret optimallaşdırma modelləri və üsulları laboratoriyası və İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının 2023-cü il üzrə hesabatları dinlənilib.

Sonda dinlənilən hesabatlarla bağlı geniş müzakirə aparılıb, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: