Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2023 11:08
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda doktorant və dissertantların attestasiyası ilə bağlı yaradılmış komissiyanın iclası keçirilib

Geologiya və Geofizika İnstitutunda doktorant və dissertantların attestasiyası ilə bağlı yaradılmış komissiyanın iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda elmlər və fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantların attestasiyası ilə bağlı yaradılmış komissiyanın iclası olub.

İnstitutun baş direktoru, akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən iclasda elmlər doktoru proqramı üzrə 3 dissertant, fəlsəfə doktoru proqramı üzrə təhsil alan 5 doktorantın attestasiyası keçirilib.

Dissertantlar və doktorantlar attestasiya komissiyasına bütün zəruri sənədlərin, o cümlədən dissertasiya işinin gedişatı haqqında hesabatla yanaşı, davam edən dissertasiya tədqiqatları çərçivəsində əldə edilmiş nəticələrin təqdimatı ilə çıxış ediblər.

İddiaçılar dissertasiya işlərinin gedişatı haqqında komissiya üzvlərinə dissertasiya mövzusunun planına və əsasnaməyə uyğun məlumat veriblər. Attestasiya komissiyası doktorant və dissertantların fərdi iş planlarının yerinə yetirilməsi, fəlsəfə doktoru imtahanlarının verilməsi, məqalələrin yerli, xarici və impakt faktorlu nəşrlərdə dərci ilə bağlı sorğu aparıb. İclasda, həmçinin dissertasiya işlərinin hazırlanmasında və gedişatında böyük əhəmiyyət kəsb edən ekspedisiyalar haqqında məlumatlara da yer ayrılıb. Eləcə də attestasiya olunanlarla dissertasiya işinin aparılmasında rast gəlinən problemlərdən bəhs edilib.

Komissiyanın sədri, akademik Akif Əlizadə doktorant və dissertantların elmi işlərinin uğurla başa çatdırılmasında yaranan problemlərin həlli üçün müəssisənin rəhbərliyi tərəfindən müvafiq dəstəyin olacağını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: