Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.11.2023 14:43
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun Elmi şurasında 2023-cü il üzrə elmi hesabatlar dinlənilib

Neft-Kimya Prosesləri İnstitutunun Elmi şurasında 2023-cü il üzrə elmi hesabatlar dinlənilib

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Elmi şurasının iclaslarında institutun elmi işləri üzrə illik hesabatları, tədqiqatlardan alınmış ən mühüm nəticələr haqqında, Elmi şurasının tərkibində dəyişikliklər, kitab və dərs vəsaitlərinin çapa verilməsi və başqa məsələlər müzakirə olunub.

Cari ildə laboratoriyaların apardıqları elmi-tədqiqat işləri nəticəsində 17 mühüm elmi və praktiki nəticə əldə edilib.

İclaslarda institutun laboratoriyalarının il ərzində apardıqları elmi-tədqiqat işləri, nəşr olunan məqalələr, əldə olunan elmi nəticələr, laboratoriyaların kadr potensialı haqqında məruzələr dinlənilib və məruzələr ətrafında müzakirələr aparılıb. Hesabatlar üzrə müzakirələr zamanı gələn il üçün yeni elmi tədqiqat işlərinin aparılması barədə təkliflər verilmiş, bu təkliflərin novbəti iş proqramlarına salınması qəbul edilib. Təqdim olunan hesabatlar Elmi şura tərəfindən müzakirələrdən sonra qəbul edilmişdir. Sonda hesabatların təlimatlara uyğun olaraq hazırlanmasının əhəmiyyəti vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: