Noyabrın 27-də AMEA-nın Qafqazşünaslıq İnstitutunda növbəti elmi seminar keçirilib. Elmi seminar “Akademik Ziya Bünyadovun 100 illik yubileyi”nə həsr edilib.
Seminarı institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb.
İnstitutun Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev “Akademik Ziya Bünyadovun əsərlərində Cənubi Qafqaz” mövzusunda məruzə edib.
Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.