Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.11.2023 14:05
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun alimləri Qazaxıstanda ezamiyyətdə olublar

Coğrafiya İnstitutunun alimləri Qazaxıstanda ezamiyyətdə olublar

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - Geomorfologiya və təbii risklər şöbəsinin baş elmi işçisi, coğrafiya elmləri doktoru, dosent Starə Tarixazər, Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçiləri, dosentlər Sevil Quliyeva və İrina Kuçinskaya Qazaxıstanın Almatı şəhərində keçilən beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər.

“Sel axınının təhlükəsizliyi - Kazsolezaşçitanın 50 illik fəaliyyəti: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən tədbirdə Qazaxıstanın fövqəladə hallar nazirinin müavini, nazirliyin struktur, ərazi və tabeli qurumlarının əməkdaşları, 9 xarici ölkədən elmi institut və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə  Starə Tarixazər “Girdimançay və Ağsuçay çaylarının sel meylli hövzələrinin sürüşməyə həssaslığının qiymətləndirilməsi üçün kəmiyyət üsullarının tətbiqi” mövzusunda məruzə edib.

Konfransın son günü iştirakçılar praktiki ekskursiyada olublar, Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Kazselezashita” Dövlət Müəssisəsinin Almatı filialının fəaliyyəti ilə tanış olublar, Şımbulak Dağ Xizək Kurortuna, “Ulken Almatı”, Ayusay”, “Medeu” sel bəndlərinə baş çəkiblər, Kişi Almatı çay vadisindəki sel tələləri, uçqunla mübarizə qurğularını nəzərdən keçiriblər,  

Ekskursiyanın sonunda İnstitutunun əməkdaşlarına “Qazaxıstan Selezaşçitanın 50 illik fəaliyyəti” xatirə medalları təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: