Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.11.2023 16:37
  • A-
  • A
  • A+

Belaruslu alim Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olub

Belaruslu alim Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olub

AMEA və Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi tərəfindən elan olunmuş layihə müsabiqəsinə AMEA-nın müxbir üzvü Eldar Zeynalovun rəhbərliyi altında Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 28 saylı laboratoriyasının əməkdaşları tərəfindən təqdim olunmuş “Tərkibində nanoölçülü karbon və hexagonal bor nitridinin çoxfunksiyalı əlavələr olan innovativ sürtkü materiallarının yaradılmasının fiziki-kimyəvi əsaslarının işlənib hazırlanması” adlı layihə qalib olub və müvafiq iki tərəfli müqavilələr imzalanıb.

Qalib gəlmiş layihə beynəlxalq səviyyəli olduğundan birgə tədqiqatların aparılması, görüşlərin, ezamiyyətlərin, tədbirlərin keçirilməsi planlaşdırılıb.

Bununla əlaqədar, Belarus Milli Elmlər Akademiyasının V.A.Belıy adına Metal-Polimer Sistemləri Mexanikası İnstitutunun baş elmi işçisi E.N.Volnyanko Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olub. Belaruslu alim fəaliyyət göstərdiyi institutun elmi istiqamətləri barədə geniş təqdimat edib, laboratoriyada quraşdırılmış çoxdivarlı karbon nanoborularının sintezi üzrə qurğu ilə yaxından tanış olub. Layihə çərçivəsində görülən işlər və alınan nəticələr müzakirə edilib və plan üzrə gələcəkdə görüləcək işlər dəqiqləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: