Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.11.2023 12:38
  • A-
  • A
  • A+

YT Parkın şöbə müdiri DemoDay-da münsif qismində iştirak edib

YT Parkın şöbə müdiri DemoDay-da münsif qismində iştirak edib

Yüksək Texnologiyalar Parkının (YTP) İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov Azərbaycan Respublikası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı və Yenifikir MMC-nin təcrübəsi və əməkdaşlığı ilə keçirilən “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” çərçivəsində İsmayıllı rayonunda keçirilən DemoDay-da münsif kimi iştirak edib.

Proqramın əsas məqsədi Azərbaycanın regionunda innovativ ideyaları olan gənclərin potensialını üzə çıxarmaq, onlara dəstək olmaq və gələcək fəaliyyətlərini uğurla davam etdirmələri üçün istiqamətlər verməkdir.

Proqramda Dağlıq Şirvan və Quba - Xaçmaz iqtisadi rayonlarından ilk mərhələdə 28 komanda, finalda isə 12 komanda mübarizə aparıb. İsmayıllı rayonunu təmsil edən check-up.az və “3-ü 1-də” startapları müvafiq olaraq 1-ci və ikinci yerləri, Quba rayonunu təmsil edən “Ubay” startapı isə 3-cü yerə layiq görülüb.

Layihə çərçivəsində həm də mentorluq edən münsiflər heyəti daha çox innovativlik və texnologiyaların tətbiqi meyarlarını əsas götürərək dəyərləndirmələr aparıblar. Layihədə iştirak edən bütün startaplara uğur sertifikatları, mükafatçılara isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən qiymətli hədiyyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: