Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Botaniki terminlər lüğəti” kitabı işıq üzü görüb
30.11.2023 10:55
  • A-
  • A
  • A+

“Botaniki terminlər lüğəti” kitabı işıq üzü görüb

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları  “Botaniki terminlər lüğəti” kitabı işıq üzü görüb.

Kitab Dendrologiya İnstitutunun baş direktoru v.i.e., b.ü.f.d., dosent Minarə Həsənova, biologiya üzrə fəlsəfə doktoru, professor Hüseynağa Əsədov, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov, İlhamə Mircəlallı və Kəmalə Sadıqova tərəfindən yazılıb. 

“Botaniki terminlər” lüğətini tərtib edərkən, müəlliflər bitkilər aləminin ən xarakterik proseslərini oxucu kütləsinə çatdırmağa səy göstəriblər.

Sözügedən vəsaitdə botanika, fiziologiya, biokimya, ekologiya, coğrafiya və torpaqşünaslıq ixtisası almış tədqiqatçı alimlər, doktorant, magistrlər, tələbə və mütəxəssis aqronomlar, bioloji elmlərin əsas istiqamətləri - sistematika, morfologiya və anatomlar üçün nəzərda tutulmaqla, müasir taksonomik terminlərin izahlı lüğəti olaraq verilib.

Təqdim olunan bu kitab botaniklər, ekoloqlar, dendroloqlar, geobotaniklər, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, biologiya müəllimləri, meşə təsərrüfatı mütəxəssisləri və təbiətsevənlər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: