Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.12.2023 09:48
  • A-
  • A
  • A+

Fizika İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Fizika İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşları “Fizikada müasir trendlər” VIII beynəlxalq konfrasında iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans noyabrın 30-da öz işinə başlayıb. Açılış mərasimində çıxış edən Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov Bakı Dövlət Universitetinin (BDU) tarixindən, universitetin hazırladığı kadrların ölkəmizə verdiyi töhfələrdən danışıb. O, Ulu Öndər Heydər Əliyev BDU-nun tarix fakültəsini bitirdiyini, BDU Elmi şurasının 28 oktyabr 1994-cü il tarixli qərarı ilə Ulu Öndərin BDU-nun Fəxri doktoru adına layiq görüldüyünü qeyd edib. A.Həşimov BDU ilə Fizika İnstitutunun daim əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, hazırda universitetin fizika fakültəsində çalışan müəllim və professor heyətinin bir çoxunun yolu Fizika İnstitutundan keçib.

İki gün davam edən tədbirdə institutun əməkdaşları, akademik Nazim Məmmədov, fizika-riyaziyyat elmləri doktorları İmaməddin Əmiraslanov, Şakir Nağıyev, Elçin Cəfərov, Zakir Cahangirli, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov, institutun Dubnada uzunmüddətli ezamiyyətdə olan əməkdaşları Nazim Hüseynov, Faiq Əhmədov (onlayn), gənc alimlərdən Nərmin Nəsibova, Cavid Cəlilli, Elvin Əlizadə, Dünyamalı Məmmədov, Səbinə Zeynalova və başqaları müxtəlif mövzulu məruzələrlə iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: