Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.12.2023 13:45
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşları dağlar ADAPT layihəsi üzrə tədbirdə iştirak ediblər

Coğrafiya İnstitutunun əməkdaşları dağlar ADAPT layihəsi üzrə tədbirdə iştirak ediblər

 

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları baş direktor, professor Zakir Eminov, şöbə müdiri, dosent Mirnuh İsmayılov, baş elmi işçi, dosent  Natəvan Cəfərova və elmi işçi Emil Cəbrayılov Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) və Dağ Regionlarının Davamlı İnkişafı üzrə Qafqaz Şəbəkəsinin (Dayanıqlı Qafqaz) layihəsi çərçivəsində onlayn məsləhətləşmələrdə iştirak ediblər.

Dağlar ADAPT layihəsi Cənubi Qafqaz və Şərqi Afrika icmasının tərəfdaş dövlətləri üçün kiçik qrant maliyyələşdirmə sxemi vasitəsilə dağlıq ərazilərdə iqlim dəyişikliyinə uyğunlaşma üçün yerli səviyyədə fəaliyyət göstərmək məqsədi daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: