Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.12.2023 16:23
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu əlaqələrini genişləndirir

Geologiya və Geofizika İnstitutu əlaqələrini genişləndirir

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Radiasiya Problemləri İnstitutu (RPİ) arasında elmi əməkdaşlığa dair üçillik müddətinə müqavilə imzalanıb.

Sənədi Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə və Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev imzalayıblar.

Sənədin imzalanması tədbirində Radiasiya Problemləri İnstitutu tərəfindən bu elm ocağının baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayevlə yanaşı, icraçı direktor f.ü.f.d., dosent Rəvan Mehdiyeva, elmi katib f.ü.f.d., dosent Əminə Mikayılova, Radiokimya və Radioprotektorlar laboratoriyasının müdiri k.e.d., dosent Xaqani Məmmədov, Radioekologiya laboratoriyasının müdiri f.ü.f.d., dosent Famil Hümbətov, Nizamsız bərk cisimlərin radiasiya fizikası laboratoriyasının baş elmi işçisi f.e.d., dosent  Elçin Hüseynov iştirak edib.

Müqavilə çərçivəsində tərəflər elmi potensialın birləşdirilməsi, işğaldan azad edilmiş ərazilərdə geoloji və geofiziki tədqiqat işlərinin aparılması və bölgədə yaranmış ekoloji və radioekoloji problemlərin kompleks həllinin həyata keçirilməsi istiqamətində elmi əməkdaşlıq həyata keçirəcəklər. İlkin olaraq tərəflər arasında “İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi və “qaynar nöqtələr”in geoloji təbiətinin təhlili” mövzusu üzrə (rəhbər AMEA-nın müxbir üzvi Çingiz Əliyev) Qarabağ iqtisadi zonasının işğaldan azad edilmiş ərazilərində yerüstü radiometrik ölçmələrin aparılması və radon qazının həcmi aktivliyinin təyini, tədqiqat ərazisindən götürülmüş müxtəlif nümunələrin laborator şəraitdə qamma-spektrometrik analizinin aparılması və radionuklid tərkibinin müəyyənləşdirilməsi və tədqiqat ərazilərin radioekoloji reabilitasiyası üçün elmi cəhətdən əsaslandırılmış tədbirlər planının hazırlanması üzrə birgə fəaliyyət nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: