Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.12.2023 11:03
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gənc alimləri Türkiyədə ezamiyyətdə olublar

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gənc alimləri Türkiyədə ezamiyyətdə olublar

Elm və Təhsil Nazirliyinin  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gənc alimləri Tarıverdi İslamzadə və Dəyanət Baxışov Türkiyənin Samsun şəhərində yerləşən Ondokuz Mayıs Univerisitetində ezamiyyətdə olublar.

İki müəssisə arasında imzalanan müqavilə əsasında institutun əməkdaşları universitetin  “Əkinçilik fakültəsi torpaqşünaslıq və bitki qidalanması” bölməsində təşkil olunan “Əsas torpaq analizinin tətbiqi üsulları” mövzusunda təlim proqramında iştirak ediblər. “Aqrobiogen Ar-Ge” şirkətininn nümayəndəsi və Prof. Dr. Rıdvan Kızılkaya tərəfindən gənc alimlər praktiki və elmi əsaslarla tədris müddətində müasir və beynəlxalq torpaq analizi metodlarını ilə tanış olaraq bilik, bacarıqlarını təkmilləşdiriblər. Həmçinin əməkdaşlar Qara dəniz Əkinçilik Elmi-Tədqiqat İnstitutunun müdirliyində olub və fermerlərlə iş prinsipləri haqqında məlumatlandırılıblar. Gənc alimlər qurumun “Torpaq analizi” laboratoriyasında  torpaq analizləri və müasir ICP cihazının işləmə prinsipləri ilə tanış olublar.

Təlimi uğurla başa vuraraq sertifikatla təltif edilən Tarıverdi İslamzadə və Dəyanət Baxışov Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşüblər. Alim gənclərin perspektivlərinin artırılmasında belə  təlimlərin mühüm rol oynadığını qeyd edib və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: