Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.12.2023 17:17
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Coğrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun növbəti Elmi şurası Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Liderin çoxşaxəli fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Baş direktor, professor Zakir Eminov 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Coğrafiya İnstitutunda bu il Ulu Öndərə həsr edilmiş 5 konfransın, 4 tədbirin, 2 kitab təqdimatının keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, keçirilən tədbirlərdə həyatını Azərbaycanın inkişafına, müstəqilliyinə, işıqlı gələcəyinə həsr etmiş bu böyük insanın əziz xatirəsi həmişə dərin hörmət və minnətdarlıq hissi ilə yad edilib. Ulu Öndərin xalq qarşısında misilsiz xidmətlərindən danışan institut rəhbəri dövlətin və xalqın əldə etdiyi bütün uğurların təməlində məhz onun dayandığını diqqətə çatdırıb. Bildirilib ki, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ölkəmiz müstəqillik, dövlətçilik, suverenlik, ordu quruculuğu, iqtisadi yüksəklik və s. kimi misilsiz uğurlara imza atıb, Azərbaycanın nüfuzu beynəlxalq aləmdə sürətlə artıb.

İnstitutun şöbə müdirləri, c.e.d. professor Rza Mahmudov və c.ü.f.d. Habil Haqverdiyev də çıxışlarında vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: