Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.12.2023 12:43
  • A-
  • A
  • A+

Fizika İnstitutunun əməkdaşı BDU-da məruzə ilə çıxış edib

Fizika İnstitutunun əməkdaşı BDU-da məruzə ilə çıxış edib

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində tələbələr üçün seminar təşkil edilib.

Seminarda məruzəçi Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov olub. O, “Fərdi inkişafda mental formalaşma və effektiv seçim” mövzusunda məruzə ilə çıxış edib. Seminarda Fizika fakültəsinin dekanı, fizika üzrə elmlər doktoru, dosent Bəxtiyar Paşayev, tədbirin təşkilatçısı fizika üzrə fəlsəfə doktoru Kəmalə Alışeva, müəllim və tələbə heyəti və s. iştirak ediblər.

Tədbiri giriş sözü ilə Bəxtiyar Paşayev açıb. O, BDU ilə Fizika İnstitutu arasında sıx əməkdaşlıqdan danışıb. Bildirib ki, seminar mövcud əlaqələrin genişlənməsi istiqamətində atılan addımlardandır.

Seminar R.Rüstəmovun məruzəsi ilə davam edib. O, mövzunun aktuallığından danışaraq bildirib ki, məruzə elmi istiqamətdə olmasa da, tələbələrin fərdi inkişafı, gələcək karyerlarının qurmalarında mühüm rol oynayacaq. R.Rüstəmov çıxışında fərd, özünüinkişaf, fikir mübadiləsi, düzgün seçim və s. məsələlərə toxunub.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: