Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.12.2023 16:47
  • A-
  • A
  • A+

20 nömrəli məktəb-liseyin müəllim və şagirdləri Biofizika İnstitutunun qonağı olublar

20 nömrəli məktəb-liseyin müəllim və şagirdləri Biofizika İnstitutunun qonağı olublar

20 nömrəli məktəb-liseyin müəllim və şagirdləri Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda olublar.

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin direktoru, Əməkdar müəllim E.Ağayevanı, məktəbin bir qrup müəllim və şagird heyətini institutun baş direktoru AMEA-nın müxbir üzvü O.Qasımov qəbul edib.

Görüşdə ölkəmizdə elm və təhsilin inteqrasiyası istiqamətində atılan addımlar müzakirə olunub, istedadlı gənclərin elmə marağının artırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Bu il 20 nömrəli məktəb-liseyin bir qrup şagirdinin institutun laboratoriyalarında aparılan təcrübələrdə yaxından iştirakı, həmçinin onların ölkədaxili və beynəlxalq müsabiqələrdə iştirakının təmin edilməsi məsələsi də görüşdə öz əksini tapıb. Vurğulanıb ki, bu il məktəbin şagirdləri hər il respubikada elm və təhsilin inteqrasiyası istiqamətində ənənəvi olaraq təşkil olunmuş “Sabahın alimləri” respublika müsabiqəsinə üç layihə təqdim etmişdirlər. O.Qasımov bu müsabiqəyə təqdim olunmuş layihələr, onların aktuallığı, işlənmə dərəcəsi, müasir laboratoriyalar və mütəxəssis alimlər haqqında geniş məlumat verib.

Sonra məktəbin əməkdaşları ilə birgə laboratoriyalara baxış keçirilib, şagirdlərin gördüyü işlər barədə diskusiyalar aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: