Yanvarın 30-da Qazaxıstan alimləri AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar.
Astana İnformasiya Texnologiyaları Universitetinin Elm və İnnovasiyalar Departamentinin direktoru, fizika üzrə fəlsəfə direktoru Jakiyev Nurxat Kuandıkoviç, texnika elmləri namizədi, kompüter elmləri üzrə professor Amirqaliyev Beybut Edilxanoviç, Smart City Elmi-Innovasiya Mərkəzinin direktoru, PhD, kompüter elmləri üzrə professor Edilxan Didar, AgroTech Elmi-Innovasiya Mərkəzinin direktoru, qida texnologiyaları üzrə PhD Şoman Arucan, Kompüter Mühəndisliyi Departamentinin baş müəllimi Ömirqaliyev Ruslan, AgroTech Elmi-Innovasiya Mərkəzinin baş elmi işçisi Sabitova Zeynequl, S.Seyfullin adına Qazax Aqrotexniki Tədqiqat Universitetini Elm Departamentinin direktoru, PhD, dosent Bulxairova Janna Serikovna, PhD, Qida Məhsullarının Emalı və Saxlanması Texnologiyası kafedrasının dosenti Makanqali Qadırjan Konvsbayevic təmsil ediblər.
Qonaqları qəbul edən institutun baş direktoru, akademik İradə Hüseynova MBBİ-nin yaranma tarixi, institutun yaradıcısı, akademik Cəlal Əliyevdən bəhs edib. Cəlal Əliyev məktəbinin davamçılarının hazırda apardıqları elmi-tədqiqat işləri ilə tanış olan Qazaxıstan alimləri gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Daha sonra qonaqlar İnstitutun laboratoriyaları ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.