Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.12.2023 17:32
  • A-
  • A
  • A+

Şərqşünas alim Permdə XI “Müsəlman dünyası” forumunda məruzə edib

Şərqşünas alim Permdə XI “Müsəlman dünyası” forumunda məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev 14-17 dekabr tarixlərində Rusiyanın Perm şəhərində Perm Qubernatorluğu və Perm Müsəlman Ruhani İdarəsinin təşkilatçılığı ilə keçirilən XI “Müsəlman dünyası” forumunda iştirak edir.

Forumda Rusiyada yaşayan müxtəlif müsəlman xalqların və müxtəlif dinlərin nümayəndələri, eləcə də xarici qonaqlar iştirak edirlər. Azərbaycanlı şərqşünas forumun açılış mərasimində çıxış edərək tədbir iştirakçılarını salamlayıb və forumun işinə uğurlar arzulayıb.

Elnur Mustafayev forumda “Qloballaşma dövründə dinlərarası dialoqun əhəmiyyəti və perspektivləri” mövzusunda məruzə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: