Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

18.12.2023 14:38
  • A-
  • A
  • A+

“Hüseyn Cavid poeziyasından incilər” bədii qiraət müsabiqəsi keçirilib

“Hüseyn Cavid poeziyasından incilər” bədii qiraət müsabiqəsi keçirilib

Hüseyn Cavidin Ev Muzeyində məktəblilər arasında “Hüseyn Cavid poeziyasından incilər” adlı ənənəvi bədii qiraət müsabiqəsi keçirilib.

Müsabiqədə Bakı şəhəri Nərimanov rayonu Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin şagirdləri iştrak edib. 5-9-cu sinif şagirdləri Hüseyn Cavidin şeirlərini, əsərlərindən parçalar səsləndirib, “Ana” mənzum dramından “Səlma”, “İblis” faciəsindən İblisin monoloqunu canlandırıblar. Müsabiqənin qalibləri müəyyənləşib və ilk üç yeri tutan şagirdlərə Hüseyn Cavidin əsərləri, sözlərinə bəstələnmiş musiqi əsərlərindən ibarət CD, Ərtoğrol Cavidin bəstələdiyi musiqi əsərlərinin toplanıldığı CD və not kitabları hədiyyə edilib. Sonda liseyin Uşaq Birliyinin rəhbəri Atlas Zeynalova muzeyin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürünü bildirib.

Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı liseyin direktoru fil.ü.f.d. Arif Əsədova və Uşaq Birliyinin rəhbəri Atlas Zeynalova Hüseyn Cavid yaradıclığına göstərdikləri sevgiyə görə öz təşəkkürünü bildirib. Müsabiqənin sonunda xatirə şəkili çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: