Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.12.2023 16:11
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimi Almaniyada ezamiyyətdə olub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimi Almaniyada ezamiyyətdə olub

AR Elm və Təhsil Nazirliyinin akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Katalizatorların hazırlanması laboratoriyasının elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Günel Əzimova Almaniyanın Rostok şəhərində yerləşən “Leibniz-Institut für Katalyse” elmi-tədqiqat mərkəzində (LIKAT) qısa müddətli elmi ezamiyyətdə olub.

Günel Əzimova LIKAT-da ezamiyyət olduğu müddətdə Heterogen katalitik proseslər şöbəsində hazırda həyata keçirilən “Qrafin əsaslı metal əlavə olunmuş” katalizatorların hazırlanmasında yaxından iştirak etmiş, eyni zamanda qaz fazada davamlı axınla ammonyakın parçalanması reaksiyasına dair bir sıra təcrübələr yerinə yetirmişdir. Gənc alim laboratoriyada yerinə yetirdiyi təcrübə zamanı heterogen katalizatorların hazırlanması üçün müxtəlif metodlardan istifadə edərək onların optimal işləmə şəraitini araşdırmışdır. Günel Əzimova ezamiyyətdə olduğu müddətdə müxtəlif fiziki-kimyəvi analiz metodlarının işləmə texnikası ilə (XRF, XRD, BET surface area, FTIR, TPR/TPO/TPD, SEM, TEM, TG/DTA, Gas Chromatography) tanış olmuş və bir sıra nümunələrin ölçülməsini həyata keçirmişdir.

Gənc alim apardığı tədqiqat işi ilə əlaqəli olan “Catalytic oxidation of CO to CO2 using metal oxide based catalysts” adlı mövzuda təqdimatla ingilis dilində çıxış etmiş, eyni zamanda LIKAT-ın bir sıra elmi seminarlarında aktiv iştirak etmişdir. Günel Əzimova apardığı tədqiqat müddəti ərzində şöbə əməkdaşlarının rəğbətini qazanıb və ona göstərdiyi aktiv fəaliyyətinə görə təşəkkür məktubu təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: