Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.12.2023 10:23
  • A-
  • A
  • A+

MEK-də tanınmış şair və alim İslam Sadıqın əsərlərinin ilk 4 cildi təqdim edilib

MEK-də tanınmış şair və alim İslam Sadıqın əsərlərinin ilk 4 cildi təqdim edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) tanınmış şair, filologiya elmləri doktoru İslam Sadıqın əsərlərinin 32 cildliyinin ilk 4 cildinin təqdimat mərasimi keçirilib.

Yığıncaqda professorlar Qəzənfər Paşayev, Məmməd Əliyev, Nizami Tağısoy, Asif Rüstəmli və Əlizadə Əsgərli, tənqidçi Vaqif Yusifli, yazıçılardan Elçin Hüseynbəyli və Səfər Alışarlı, şair Əlirza Xələfli, filologiya elmləri doktoru Yaşar Qasımbəyli, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı və başqaları İslam Sadıqın həm bədii, həm də elmi yaradıcılığından danışıblar. Onlar müəllifin yeni çap olunan kitabları haqqında fikirlərini bölüşüb, müəllifə elmi fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirdə müəllif şeirlərindən nümunələr söyləyib. Aşıqlar Çingiz Mehdipur, Nəbi Nağıyev və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Samir Pənahovun ifasında aşıq havaları səsləndirilib.

Sonda İslam Sadıq çıxış edərək tədbirin bütün iştirakçılarına dərin minnətdarlığını bildirib.

AzərTac

  • Paylaş: