Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.12.2023 14:54
  • A-
  • A
  • A+

RSXM-nin əməkdaşları Türkiyənin Kocaeli Universitetində təcrübə keçiblər

RSXM-nin əməkdaşları Türkiyənin Kocaeli Universitetində təcrübə keçiblər

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin elmi işçisi İlhamə Cəlilova Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilən “Tikintisi aparılacaq bina və qurğuların ərazisinin seysmikliyinin qiymətləndirilməsinin müasir metodlarla öyrənilməsi” layihəsi üzrə Türkiyə Respublikasının Kocaeli Universitetində təcrübə keçib.

Təcrübə müddətində İlhamə Cəlilova Kocaeli Universitetində “Təcil-Azalma əlaqələri” istiqamətində təhsil alıb. İ.Cəlilova Türkiyə Respublikasının Kocaeli Universitetində keçdiyi təcrübə ilə bağlı RSXM-də təqdimatla çıxış edib.

Təqdimatda RSXM-nin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, direktor müavini texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov və mərkəzin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Türkiyədə “Təcil-Azalma əlaqələri” üçün maqnitudası 5-dən yuxarı olan zəlzələlərin təcil dəyərlərindən ibarət kataloq qurulduğunu qeyd edən İlhamə Cəlilova Kocaeli Universitetinin öz təcil-azalma əlaqə funksiyalarının istifadə edildiyini, bu funksiyaların bəzilərinin Azərbaycan üçün uyğun olduğu haqqında məlumat verib.

Daha sonra iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, RSXM-nin  Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin kiçik elmi işçisi Lamiyə İsgəndərova da Kocaeli Universitetində “Təcil-Azalma əlaqələri” haqqında təcrübə keçib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: