Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.12.2023 15:18
  • A-
  • A
  • A+

Kimyaçı alim Ankarada ezamiyyətdə olub

Kimyaçı alim Ankarada ezamiyyətdə olub

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya  İnstitutunun aparıcı elmi işçisi Qüdrət Əliyeva Ankara şəhərində elmi ezamiyyətdə olub.

Qüdrət Əliyeva Orta Doğu Texnik Universitetində (ODTU) ezamiyyət müddətində laboratoriyada yeni sintez olunmuş kompleks birləşmələrin quruluşu faza tərkibi, lüminessensiya və optiki xassələri müxtəlif metodlarla tədqiq edilib. Alınmış mis-salisil-piridin [Cu(DNSA)py] kompleksinin quruluşu öyrənilib və tərkibi C12H7CuN3O7 olan kompleksin monoklinik sinqoniyada kristallaşdığı müəyyən olunub.

Alınmış digər nəticələr ODTU-nin Nano Optika laboratoriyasının professorları Dr.Alpan Bek, Dr.Pinar Pasabeyoğlu və Dr.Onur Şahin ilə birlikdə  müzakirə  edilib. Nəticədə gələcəkdə də bu elmi işlərin davam etdirilməsi və birgə elmi təcrübələrin aparılması planlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: