Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.12.2023 16:44
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşları respublika elmi konfransında çıxış ediblər

Neft və Qaz İnstitutunun əməkdaşları respublika elmi konfransında çıxış ediblər

Bakı Dövlət Universitetində Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli akademik Vasif Babazadənin 85 illik yubileyinə həsr olunmuş “Geologiya: nəzəriyyə və praktikanın vəhdəti” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev akademik Vasif Babazadənin Azərbaycanda geologiya elminin əsas sütunlarından biri olduğunu bildirib. Rektor qeyd edib ki, görkəmli geoloq alim bütün ömrünü Azərbaycan elminin, təhsilinin inkişafına həsr edib.

Daha sonra akademik Vasif Babazadənin ömür yoluna həsr olunmuş videoçarx nümayiş olunub.

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov çıxışında görkəmli akademikin Azərbaycan elmi və təhsilinin, BDU-nun inkişafında xidmətlərini vurğulayıb. O qeyd edib ki, Vasif Babazadənin elmi fəaliyyəti geologiyanın müxtəlif sahələrini əhatə edir. Onun araşdırmaları daha çox filiz yataqları və metallogeniyanın öyrənilməsi ilə bağlıdır. Geoloq alim kiçik Qafqazın qızıl yataqlarının tədqiqi sahəsində böyük işlər görüb.

Konfranın proqram komitəsinin üzvləri akademik Fəxrəddin Qədirov və Neftli-qazlı vilayətlərin geologiyası, axtarış və kəşfiyyatının innovativ texnologiyaları, geofiziki tədqiqat üsulları, seysmologiya bölməsinin sədri, Neft və Qaz institutunun icraçı direktoru g.-m.e.d., prof. Vaqif Qurbanovdur.

Tədbirdə institutun gənc alim və mütəxəssislərindən Sahilə Nəsibli “Cənubi Xəzər çökəkliyinin böyük dərinliyindəki karbohidrogen yataqlarının əmələ gəlməsinin nəzəri əsasları”, Rahilə Əliyeva isə “Azərbaycanda geotermal enerji potensialından istifadə perspektivləri” mövzusunda çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: