Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.12.2023 12:22
  • A-
  • A
  • A+

Alim-yazıçı Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyalarına həsr olunmuş tədbir keçirilib

Alim-yazıçı Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyalarına həsr olunmuş tədbir keçirilib

Azərbaycan Yazıçılar Birliyində (AYB) “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur: alim-yazıçı Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq” mövzusunda tədbir keçirilib.

Tədbir AYB-nin Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutub.

Mövzu ilə əlaqədar AYB-nin katibləri - Səlim Babullaoğlu, İlqar Fəhmi, Elçin Hüseynbəyli, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev, bioloq alim Əlisahib Hüseynli, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşları fil.ü.f.d. Şahlar Göytürk, Vəfa İsmayılova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı fil.ü.e.d. Lütviyyə Əsgərzadə, AMEA-nın  Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı fəl.ü.f.d. Zeynəddin Şabanov, Sabunçu rayon Ağsaqqalar Şurasının sədri Vəli Səfərov, yazıçılar Lətifə Oruc, Arzu Əsəd, Esmira Günəş, Həcər Paşayeva, Kənan Hacı, Əli Bəy Azəri, şairlər Mehriban Abdullayeva, Zakir Ağdamlı, Sima Cəfərova, Qabil Dərdli, b.ü.f.d. Çingiz Əliyev və başqaları çıxış edərək fikirlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: