Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İtaliyalı alimlər süni beyin yaradıblar
18.11.2015 16:28
  • A-
  • A
  • A+

İtaliyalı alimlər süni beyin yaradıblar

İtaliyanın Sassari və İngiltərənin Plymous universitetlərinin alimlərinin birgə tədqiqatları nəticəsində “Annabell” adı verilən süni beyin yaradılıb. Bu barədə “Plos one” jurnalında məlumat verilib.

İnsanlarla dialoqa girmək bacarığına malik olan bu beyin 2 milyon süni neyrondan ibarətdir. İnsan beynindəki prosesləri tədqiq etmək üçün nəzərdə tutulan “Annabell” hazırda ilk inkişaf mərhələsindədir. Alimlər süni neyronların sayını artırmaqla onun daha da təkmilləşə biləcəyini vurğulayıblar. Bildiriblər ki, gələcəkdə bu cür süni beyin görmək, duymaq və hərəkətini idarə etmək kimi bacarıqlara malik robotun bir hissəsi ola bilər.

www.sciencealert.com

  • Paylaş: