Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.12.2023 15:05
  • A-
  • A
  • A+

“Heydər Əliyev və Azərbaycan-Gürcüstan mədəni əlaqələri” adlı tədbir keçirilib

“Heydər Əliyev və Azərbaycan-Gürcüstan mədəni əlaqələri” adlı tədbir keçirilib

Gürcüstanın Tbilisi və Marneuli şəhərlərində “Heydər Əliyev İli”nin yekunlarına və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan-Gürcüstan mədəni əlaqələri” adlı tədbir keçirilib.

Tədbirlər “Türk Ağsaqqallar İctimai Birliyi” (TAİB) və Marneulidəki “Çay Evi” İnkişaf və Təhsil Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə reallaşıb.

Tədbirlər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında “Heydər Əliyev İli” çərçivəsində nəşr olunmuş kitablar İnkişaf və Təhsil Mərkəzinə, Alyans Gənclər Mərkəzinə və sözügedən bölgələrdəki kitabxanalara təqdim edilib.

Kitabları AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: