Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.12.2023 11:05
  • A-
  • A
  • A+

Azərbaycanlı alim rəyçi fəaliyyətinə görə mükafatlandırılıb

Azərbaycanlı alim rəyçi fəaliyyətinə görə mükafatlandırılıb

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Tofiq oğlu Qəhrəmanov “Известия высших учебных заведений” jurnalının “Химия и химическая технология” (ChemChemTech) seriyasının 65 illik yubileyi münasibəti ilə nəşr sahəsində fəal iştirakına və ekspert qiymətləndirmələrinin aparılmasında olduqca yüksək səviyyəli səriştə nümayiş etdirdiyinə görə jurnalın baş redaktoru Rusiya Elmlər Akademiyasının akademiki Oskar İosifoviç Kоyfman tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.

Qeyd edək ki, jurnal Scopus, ESCI Web of Science, Chemical Abstracts Service (CAS) və s. beynəlxalq xülasələndirmə və indeksləşmə sistemlərinə (bazalarına) daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: