AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron akademiya” şöbəsinin təşkilatçılığı ilə Azərbaycan şərqşünası, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət mükafatı laureatı və Əməkdar elm xadimi, akademik Ziya Bünyadov haqqında “Vikipediya”nın Azərbaycan və özbək dili bölməsində məqalələr yaradılıb və əsaslı şəkildə redaktə olunub.
Akademik Ziya Bünyadov və Yusif Yusifovun redaktəsilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmiş ali məktəblər üçün “Azərbaycan tarixi dərsliyi”, “Azərbaycan VII-IX əsrlərdə” kitabı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”nın özbək dili bölməsində Ziya Bünyadov məqaləsi əsaslı şəkildə redaktə olunub.
Qeyd edək ki, məqalələr AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfransı çərçivəsində zənginləşdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.