74-cü Beynəlxalq Astronavtika konqresinin iştirakçısı AR Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun laboratoriya rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vəli Hüseynov Beynəlxalq Astronavtika Akademiyasının akademiki seçilib.
Həmin akademiyanın prezidenti, amerikalı fizik, akademik Con Şumaxer akademiklik diplomunu Vəli Hüseynova təqdim edib.