Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.12.2023 17:25
  • A-
  • A
  • A+

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Məktəblilər üçün Debat Forum” layihəsi həyata keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Məktəblilər üçün Debat Forum” layihəsi həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və UNICEF Azərbaycanın tərəfdaşlığı və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Məktəblilər üçün Debat Forum” layihəsi həyata keçirilib.

Tədbir çərçivəsində açılış nitqini edən Əli Abdullazadə qonaqları salamlayaraq təşkilatın fəaliyyəti, “Məktəblilər üçün Debat Forum” layihəsi barədə məlumat verib, ümumi respublika üzrə 500-dən çox gənci əhatə edən layihənin məqsədinin “Heydər Əliyev İli”nin təbliğ olunması, natiqlik mədəniyyətinin inkişaf etdirməsi vasitəsi ilə gənclərin və yeniyetmələrin qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin edilməsinə dəstək olmaq olduğunu vurğulayıb.

Daha sonra foruma ev sahibliyi edən Bakı Avropa Liseyinin təşkilati işlər üzrə direktor müavini Səbinə Bayramova, UNICEF Azərbaycanın nümayəndəsi Nigar Nəsrullayeva çıxış edərək məktəbli debatının şagirdlərin inkişafındakı rolunu qeyd edib və iştirakçılara uğurlar arzulayıb.

Layihə çərçivəsində Milli Debat Proqramının təcrübəli təlimçiləri tərəfindən Azərbaycan, rus və ingilis bölmələri üzrə debat və natiqlik təlimi keçirilib, 200-dən çox məktəblinin iştirakı ilə seçilən aktual mövzu ətrafında debat oyunları aparılıb.

Debat Forumunun nəticəsində Azərbaycan bölməsinin qalib komandası “DeBAL”, ən yaxşı natiqi Süleymanzadə Qumral, rus bölməsinin qalib komandası “Депутаты без откатов”, ən yaxşı natiqi Nigar Məmmədli, ingilis bölməsinin qalib komandası “Evrika”, ən yaxşı natiqi isə Oğuz İsayev seçilib.

Tədbirin sonunda qaliblər, seçilən məktəblilər hədiyyələr, kubok, medal və sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, “Psixi sağlamlıq təhsili və dəstək proqramları bütün məktəblərdə təşkil olunmalıdır” mövzusunda keçirilən forumda 22 tam orta təhsil müəssisəsini təmsil edən 32 komanda mübarizə apararaq, 200-dən çox məktəbli iştirak edib. Bu forumda ümumilikdə respublika üzrə 500-dən çox məktəbli iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: