AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdən müsahibə alıb.
Müsahibə zamanı gənc alim Rasim Balayevin həyat və yaradıcılığına dair “Ədəbiyyat” qəzetində nəşr olunmuş məqaləsini səsləndirib.
Qeyd edək ki, Günel Məlikli Azərbaycan Televiziyası Teleradio Akademiyasını aparıcı-müxbir ixtisası üzrə bitirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.