Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.12.2023 14:55
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun 2023-cü il üzrə yekun hesabatı dinlənilib

Neft və Qaz İnstitutunun 2023-cü il üzrə yekun hesabatı dinlənilib

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun və AMEA Yer Elmləri Bölməsinin Elmi şuralarının birgə iclası keçirilib.

İclasda AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İbrahim Quliyev, sədr müavini akademik Fəxrəddin Qədirov, elmi katibi Reyhan Qasımova, üzvləri Akif Əlizadə, Qurban Yetirmişli, Qalib Əfəndiyev, Qərib Calalov və Dadaş Hüseynov, Rauf Qardaşov, Əkpər Feyzullayev və Çingiz Əliyev iştirak edib.

İclasda Neft və Qaz İnstitutunun 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında yekun hesabat dinlənilib. İclası giriş sözü ilə açan institutun baş direktoru akademik Fəxrəddin Qədirov iclas iştirakçılarını salamlayaraq, məruzə ilə çıxış etmək üçün sözü institutun icraçı direktoru, g.-m.e.d. prof. Vaqif Qurbanova verdi. Belə ki, Vaqif Qurbanov cari ildə Neft və Qaz İnstitutunda 3 problemin həlli üçün 5 mövzu üzrə 6 elmi tədqiqat işinin aparılmasını və ilin sonunda 3 ETİ-nin başa çatdığını qeyd etdi. O, başa çatmış ETİ-lərin nəticələri haqqında ətraflı məlumat verdi. O, qeyd etdi ki, yerinə yetirilən elmi tədqiqat işlərinin alınmış nəticələri və nüfuzlu elmi jurnallarda dərc edilmişdir. AMEA Rəyasət Heyətinə təqdim edilmək üçün bölməyə müraciət olunmuşdur. İnstitutun beynəlxalq əlaqələri haqqında məlumat verərkən, Vaqif Qurbanov 3 yeni əməkdaşlıq haqqında sənədlərinin imzalanmasını qeyd etdi və xarici elmi müəssisələrlə institutun əlaqələrinin daha da genişləndirilməsini vurğuladı.

O, institutda SOCAR, Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondu, Horizon Europe “COST Action” proqramı və  AMEA və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi tərəfindən dəstək almış bir sıra qrant layihələrin təqdim olunmasından danışdı və 1 layihənin beynəlxalq statusa malik olduğunu qeyd etdi. O, SOCAR-ın Elm Fonduna təqdim olunan 2 layihənin, AR Respublikası Prezidenti yanında Elm Fondu 1 layihənin, Horizon Europe “COST Action” proqramı 1 layihənin, AMEA və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi ilə 1 layihə barədə məlumat verdi. Bunlardan 2 layihə SOCAR tərəfindən dəstəklənmişdir. Məruzəçi hesabat ilində institut əməkdaşları tərəfindən 145 elmi əsərin, o cümlədən 6 monoqrafiya, 54 məqalə, 85 konfrans məruzələrinin tezislərinin dərc edildiyini söylədi. Həmin əsərlərdən 29 elmi məqalə və 25 tezis xaricdə, 29 məqalə Web of Science və Scopus bazalarında indeksləşən jurnallarda dərc edilmişdir. İnstitut əməkdaşlarının elmi əsərlərinə 820 istinad olunub.

Daha sonra isə cari ildə institutun strukturu, sosial sferada fəaliyyətı, maddi-texniki təchizatı, elmi kadrların hazırlanması, elm və təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqəsi və elmin kütləvi təbliği, Gənc alim və mütəxəssislər Şurasının fəaliyyəti, təltif və mükafatlar, yubileylər və s. haqqında ətraflı məlumat verdi.

Yekun olaraq iclasda hesabat ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı və təkliflər dinlənildi. İclas iştirakçıları institutun kollektivinin 2023-cü il ərzində apardığı elmi-tədqiqat işlərinin nəticələrini yüksək qiymətləndirərək hesabatın qəbul edilməsini məqsədəuyğun hesab etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: