Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.11.2015 16:27
  • A-
  • A
  • A+

Fəlsəfənin statusu və tədrisinin problemləri müzakirə edilib

Fəlsəfənin statusu və tədrisinin problemləri müzakirə edilib

Noyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda Dünya Fəlsəfə Günü ilə əlaqədar “Müasir dövrdə fəlsəfənin statusu və tədrisinin problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycan, Fransa və digər ölkələrdən olan nümayəndələrin iştirak etdikləri tədbirdə institutun direktoru, professor İlham Məmmədzadə müasir dünyada elmin mühüm rolundan danışıb, Prezident İlham Əliyevin bu sahənin inkişafına daim böyük önəm verdiyini vurğulayıb.

İ.Məmmədzadə, eyni zamanda, UNESCO-nun təsis etdiyi Dünya Fəlsəfə Gününün qeyd olunmasının əhəmiyyətini diqqətə çatdırıb, mövzu ilə bağlı fikirlərini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nərgiz Axundova ölkəmizdə elm sahəsinə göstərilən dövlət qayğısından, Azərbaycan-Fransa elmi əlaqələrindən danışıblar.

Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami, Fransanın Sofiya Antipolis Universitetinin departament rəhbəri Kristian Vallar beynəlxalq elmi konfransın əhəmiyyətini qeyd ediblər.

Sonra “Fəlsəfi yaradıcılıqda azadlıq, müdriklik və manipulyasiya” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Tədbirdə K.Vallara Fəlsəfə və Hüquq İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: