Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.12.2023 12:12
  • A-
  • A
  • A+

Akademik Arif Həşimov beynəlxalq tədbirdə iştirak edib

Akademik Arif Həşimov beynəlxalq tədbirdə iştirak edib

Ankarada Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Təşkilatı və Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) birgə təşkilatçılığı ilə “Türk dövlətləri arasında regional və qlobal məsələlərin həlli üçün elmi əsaslı çoxtərəfli əməkdaşlıq və birgə fəaliyyət” mövzusunda elmi seminar keçirilib. Tədbirdə AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov da iştirak edib.

Tədbirin açılış mərasimində türkdilli ölkələrin regional və qlobal problemlərin həlli istiqamətində birgə fəaliyyətinin zəruriliyi vurğulanıb, qeyd olunub ki, türk dövlətlərinin çoxtərəfli elmi əməkdaşlığı regional və qlobal problemlərlə mübarizədə töhfə verə bilər.

Seminarda akademik Arif Həşimovun da məruzəsi dinlənilib. Azərbaycan Milli Elmlər Akademiyasında aparılan elmi-tədqiqiat istiqamətləri barədə ətraflı məlumat verən akademik Arif Həşimov türk ölkələrinin elmi qurumları arasında əməkdaşlıq əalqələrinin yüksək xətlə inkişaf etdiyini xüsusi vurğulayıb, müxtəlif elm sahələri üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarından bəhs edib. Bu istiqamətdə AMEA-nın bir sıra beynəlxalq elmi təşkilat və akademik qurumlarla əlaqələrinin yaradıldığını, müvafiq tədqiqat və layihələr üzrə fəal iş aparıldığını diqqətə çartdırıb. Türk dövlətlərinin elmi əsaslı birgə fəaliyyətini nəzərdə tutan seminarın əhəmiyyətini vurğulayan akademik elm və texnologiya sahələrində qarşılıqlı əməkdaşlığın türk ölkələri üçün üstünlüklərini diqqətə çatdırıb.

Seminarda digər türk dövlətlərinin də müxtəlif elmi təşkilat və müəssisələrinin nümayəndələrinin tədqiqat, inkişaf və innovasiya fəaliyyətlərinə dair təqdimatları olub, təqdim olunan məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Sonra türk dövlətləri arasında elm əsaslı çoxtərəfli əməkdaşlıq, elm və texnologiya sahələrində birgə tədqiqat və təkmilləşdirmə layihələrinin hazırlanması, bilik və təcrübə mübadiləsinin təşviqi və türk dövlətləri daxilində potensialın artırılmasına dəstək məqsədilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, seminarın əsas məqsədi iştirakçı elmi qurumlar arasında şəbəkələşmə və əməkdaşlıq üçün zəmin yaratmaq olub.

Elmi tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən nümayəndələr iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: