Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.12.2023 12:23
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun əməkdaşlarına bayram yardımı edilib

Geologiya və Geofizika İnstitutunun əməkdaşlarına bayram yardımı edilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə sözügedən elmi müəssisənin 50 aztəminatlı əməkdaşı üçün müxtəlif növ ərzaq məhsullarından ibarət yardım edilib.

Ərzaq bağlamalarını əməkdaşlara institut Həmkarlar İttifaqı Komitəsinin sədri Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev təqdim edib.

K.Əliyev, həmçinin müəssisədə çalışan əməkdaşların övladları üçün əldə olunan Yeni il şənliyinə aid 100 ədəd hədiyyəli bileti də valideynlərə çatdırıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert proqramı da Geologiya və Geofizika İnstitutunun rəhbərliyi və institutun Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə reallaşıb. Mini konsert proqramında müğənni və musiqiçilər Azərbaycan Milli Konservatoriyasının fortepiano kafedrasının müdiri dosent Naibə Şahməmmədovanın rəhbərliyi ilə Azərbaycan mahnılarını və bəstəkar musiqisini böyük məharətlə tamaşaçılara təqdim ediblər.

Tədbirdə iştirak edən Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə bayramlar öncəsi elmi müəssisənin əməkdaşları qarşısında istedadlarını ustalıqla sərgiləyən sənətçilərə kollektiv adından təşəkkür edib. Sonra xatirə şəkli hazırlanıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: