Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.01.2024 09:35
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər

Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər

Türkiyənin paytaxtı Ankara şəhərində IX Beynəlxalq Ankara Elmi Araşdırmalar Konqresi keçirilib.

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Bəylərova və Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi Sevinc Səfərova da iştirak ediblər.

Dos. A.Bəylərova “Mədəni konnotasiya linqvokulturoloji kateqoriya kimi”, S.Səfərova isə “Azərbaycan ədəbi dili və köməkçi adlar” mövzusunda məruzələrlə çıxış ediblər.

Aytən Bəylərova, eyni zamanda konqresin ilk iclasının moderatoru olub.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: