Kükrəyən bir sel kimi bəndi aşırdıb daşmışıq,
Qəhrəmanlartək ölümlə "vur-vurum" oynaşmışıq.
Biz şəri taxtdan düşürdüb küllüyə göndərmişik,
Harda bir parlaq xeyir varsa, gedib dostlaşmışıq.
Bilmişik, haqqın yolu ancaq "Dəmir Yumruq"dadır!
Rəhbərin ardınca biz elliklə "Yumruq"laşmışıq.
Biz Vətən uğrunda can vermək işində mahirik,
Dövlət ilə, millət ilə, xalq ilə çulğaşmışıq.
Biz vətəndaş adını tutduq hər addan çox uca,
Xidmət üçün ölkəyə, torpaqlaşıb daşlaşmışıq.
Can Şuşa eşqilə dağtək həm qabarmış sinəmiz,
Sarp divartək daşlara "Yallah!" deyib dırmaşmışıq.
Kimsə dünyada bizə, Teymur, bata bilməz daha!
Çünki Qalib Liderin ətrafına toplaşmışıq!
Teymur KƏRİMLİ, AMEA-nın həqiqi üzvü