Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.01.2024 10:52
  • A-
  • A
  • A+

MBBİ-nin əməkdaşı Türkiyənin DOSA İnformasiya və Elm Texnologiyaları mərkəzində elmi ezamiyyətdə olub

MBBİ-nin əməkdaşı Türkiyənin DOSA İnformasiya və Elm Texnologiyaları mərkəzində elmi ezamiyyətdə olub

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Bioadaptasiya laboratoriyasının böyük laborantı Xəyalə Əliyeva Türkiyənin DOSA İnformasiya və Elm Texnologiyaları mərkəzində elmi ezamiyyətdə olub. 

Ezamiyyənin əsas məqsədi “RNA-seq Essentials: A Beginner’s Guids” proqramı çərçivəsində RNT-seq analizlərinin əsaslarını öyrənməkdən ibarət olub. Xəyalə Əliyeva bu istiqamətdə nəzəri və praktiki kurslarda uğurla iştirak etmiş və təcrübəkeçmədən sonra Ege Universitetinin Ege Texnopark Texnologiya İnkişaf Bölməsinin professoru Emre İlker tərəfindən sertifikat ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: