Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.01.2024 17:28
  • A-
  • A
  • A+

Akademik Teymur Kərimli Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş tədbirdə məruzə edib

Akademik Teymur Kərimli Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş tədbirdə məruzə edib

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli ədəbiyyatşünas alim, tənqidçi, Dövlət Mükafatı Laureatı, AMEA-nın həqiqi üzvü Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş “Məni Şaiqdən ayırmayın! – Kamal Talıbzadə” adlı tədbirdə “Geniş diapazonlu ədəbiyyatşünas” mövzusunda məruzə edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində baş tutmuş tədbirdə akademik Teymur Kərimli Kamal Talıbzadə haqqında xatirələrini bölüşüb, mükəmməl ensiklopedik biliyə sahib olan alimin Azərbaycanda ədəbi-estetik-tənqidi fikrin inkişafında orta əsr təzkirələrinin tarixi roluna yüksək dəyər verdiyini diqqətə çatdırıb. Kamal Talıbzadənin sözün həqiqi mənasında klassik bir ziyalı olduğunu qeyd edən akademik çıxışında onun Azərbaycanın ədəbiyyatşünaslıq elminin inkişafında əvəzsiz xidmətlərindən bəhs edib, alimin qiymətli elmi və elmi-təşkilati fəaliyyətinin bu gün də öz aktuallığını qoruyub saxladığını vurğulayıb.

Qeyd edək ki, yubiley tədbiri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Abdulla Şaiqin Mənzil-Muzeyinin təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: