AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Xalq TV” televiziyasında yazıb ərsəyə gətirdiyi “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” adlı kitabının müəllifi olaraq Azərbaycan Milli Elmlər Akademiyası tarixinin bir qismi kimi “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin tarixi fəaliyyəti haqqında danışıb.
Gənc alim proqramda Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının Əsasnaməsi sayılan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin respublikanın ilk elmi qurumu, əsas elmi mərkəzlərindən biri kimi fəaliyyəti haqqında ətraflı qeyd edərək, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin bölmələri, seksiyaları barədə məlumat verib.
Həmçinin Milli Elmlər Akademiyasının ölkəmizin tarixindəki rolu və Ümummilli Lider Heydər Əliyevin AMEA-ya qayğısından bəhs edib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycanın milli intellektual elitasının fəaliyyət göstərdiyi möhtəşəm mərkəzlərdən birinə çevrildiyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.