Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Axşam görüşləri” proqramının növbəti buraxılışı güneyli şair İsmayıl Cəmiliyə həsr edilib
12.01.2024 11:26
  • A-
  • A
  • A+

“Axşam görüşləri” proqramının növbəti buraxılışı güneyli şair İsmayıl Cəmiliyə həsr edilib

Azərbaycan Radiosunda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Budəfəki proqram güneyli şair İsmayıl Cəmiliyə həsr edilib.

Akademik Rafael Hüseynov Avropa səfəri zamanı İsmayıl Cəmili ilə söhbətlərindən bəhs edib, şairin hər şeirinin arxasında tarixçə olduğunu bildirib. Qeyd edib ki, İsmayıl Cəmili bir vaxtlar şeirini Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın qarşısında oxuyub. O, Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin evinin vaxtaşırı qonaqlarından olub.

Diqqətə çatdırılıb ki, güneyli şair qələmi və varlığı ilə o tayı və bu tayı yaxın etmək üçün böyük əməklər sərf edib. İsmayıl Cəmilinin o tərəflə bu tərəf arasında mötəbər körpülərdən birinə çevrilməsinin bir nişanəsi də şeirinin dili, yazısının tərzidir. Bu üslubda o tayla bu tay qovuşub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: