Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.01.2024 13:52
  • A-
  • A
  • A+

İraqlı alim Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransa münasibətini təşəkkür məktubunda ifadə edib

İraqlı alim Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransa münasibətini təşəkkür məktubunda ifadə edib

Ötən ilin 20-21 dekabrında AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda keçirilən “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans tədbir iştirakçılarını, o cümlədən xarici alimləri çox təsirləndirib.

Şərqşünaslıq İnstitutu ilə sıx elmi əlaqələr quran, Azərbaycan, Şərqşünaslıq İnstitutu, akademik Ziya Bünyadov və konfrans barədə yüksək fikirlərini elə akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş konfransın açılışındakı çıxışı zamanı bildirmiş İraq Strateji Araşdırmalar Mərkəzinin direktoru, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri professor Mutaz Muhyi Əbdülhəmid Vətəninə qayıtdıqdan sonra da tədbirin təsiri altında qalmaqdadır. İraqlı alim öz təəssüratlarını və konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmək üçün AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevaya təşəkkür məktubu ünvanlayıb.

Bağdad şəhərində yerləşən İraq Respublika Strateji Araşdırmalar Mərkəzinin adından görkəmli şərqşünas alim akademik Ziya Bünyadovun 100 illik yubileyi münasibəti ilə təşkil edilən beynəlxalq konfransa dəvətə görə dərin minnətdarlığımı çatdıran Mutaz Muhyi Əbdülhəmid konfransın uğurlu və hamının yüksək qiymətləndirə biləcəyi bir tədbir olduğunu qeyd edib: “Sizin bu mötəbər tədbirin keçirilməsində aktiv rolunuz olmasa idi, belə bir uğurlu konfransın həyata keçirilməsi mümkün olmayacaqdı. Bu baxımından, Sizin bu istiqamətdə göstərdiyiniz cəhd və səylər təqdirəlayiqdir”.

İraqlı alim akademik Gövhər Baxşəliyevanın bu cəhd və səylərini professional elmi fəaliyyətinə, həmçinin vəzifə və öhdəliklərinin yüksək səviyyədə həyata keçirdiyinə açıq şəkildə dəlil-sübut hesab edir: “Mən Sizlə əməkdaşlıqdan çox məmnunam və Sizin bizə qarşı olan alicənablığınızla fəxr edirəm. Sizə fəaliyyətinizdə uca Tanrıdan müvəffəqiyyətlər arzu edirəm”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: