Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dosent Mehman Həsənlinin monoqrafiyası Türkiyədə nəşr edilib
16.01.2024 14:43
  • A-
  • A
  • A+

Dosent Mehman Həsənlinin monoqrafiyası Türkiyədə nəşr edilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlinin böyük qırğız yazıçısı Çingiz Aytmatovdan bəhs edən “Cengiz Aytmatov fenomeni ve Azerbaycan” adlı monoqrafiyası Türkiyədə “Bengü Yayınları” tərəfindən nəşr edilib. 332 səhifəlik monoqrafik tədqiqatda Çingiz Aytmatovun həyatı, janrlar üzrə bədii yaradıcılığı və Azərbaycanla əlaqələri araşdırmaya cəlb edilib.

Nəşrə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Əbədi mogikan” adlı geniş Ön söz yazıb. Kitab Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun rəhbərliyi ilə nəşrə hazırlanıb. Gənc tədqiqatçı Səfa Başımoğlunun çevirdiyi kitabın redaktorları Kastamonu Universitetinin professoru, aytmatovşünas alim Orhan Söylemez ve Dr. Ömer Faruk Ateşdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: