Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyi “Tirmə” adlı yeni kataloqunu təqdim edir
18.01.2024 12:46
  • A-
  • A
  • A+

Tarix Muzeyi “Tirmə” adlı yeni kataloqunu təqdim edir

Milli Azərbaycan Tarixi Muzeyi “Tirmə” adlı yeni kataloqunu təqdim edir.

Kataloqda tirmənin tarixi, Azərbaycan məişətində yerindən bəhs olunub. Eyni zamanda, araşdırmada tirmə məmulatının geyim elementləri, toy ləvazimatları, dini əşyalar, aksesuarlar, naxış elementləri və s. haqqında məlumat verilib.

Kataloqda ilk dəfə bu vaxta qədər tikmə kimi tanınan məmulatın əslində tirmə parçanın “amali” və ya “amalikar” növü olduğu qeyd olunub.

Geniş ictimaiyyət üçün nəzərdə tutulan kataloq elmi axtarışlar üçün əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: