Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.01.2024 15:34
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti tədbiri baş tutub.

Tədbirin əvvəlində açılış nitqi ilə çıxış edən institut direktoru professor Nadir Məmmədli gənclərin institutun elmi və ictimai həyatındakı rolları barədə ətraflı danışıb və gənclərə öz tövsiyələrini verib.

Sonra Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının əsasını qoyduğu “Dilçilik tribunası” layihəsi çərçivəsində Nəzəri dilçilik şöbəsinin elmi işçisi fil.ü.f.d. Pərvin Bayramovanın “Ünsiyyətin verbal və qeyri-verbal növləri” adlı çıxışı dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb. Eyni zamanda son iki il ərzində “Dilçilik tribunası”nda müxtəlif mövzularla çıxış etmiş dörd gəncə təşəkkürnamə təqdim olunub.

Tədbirin davamında Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasında sədrlik müddətini başa vurmaq üzrə olan fil.ü.f.d, dos. Günel Orucova bu müddətdə görülən işlər barədə video-hesabat təqdim edib və ardınca növbəti illər ərzində fəaliyyət göstərəcək yeni GAMŞ heyəti müəyyən edilib. İnstitut heyətinin ortaq qərarına əsasən Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni sədri vəzifəsinə Türk dilləri şöbəsinin elmi işçisi Arzu İsgəndərzadə, sədr müavini vəzifəsinə Kompüter dilçiliyi şöbəsinin elmi işçisi Nigar Vəlizadə, katib vəzifəsinə isə kitabxanaçı Talehə Bakıxanova təyin olunub.

Sonda çıxış edən institut əməkdaşları Günel Orucovanın sədrlik dövründə fəaliyyətini yüksək dəyərləndirib, yeni heyətə uğurlar arzu ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: