Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.01.2024 17:32
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində YAP Ərazi partiya təşkilatının yığıncağı keçirilib

Şəki Regional Elmi Mərkəzində YAP Ərazi partiya təşkilatının yığıncağı keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində YAP Şəki REM Ərazi partiya təşkilatının yığıncağı keçirilib.

Yığıncaqda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin YAP Şəki REM Ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan YAP Şəki REM Ərazi partiya təşkilatının sədri AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru f.ü.f.d., dos. Yusif Şükürlü YAP-ın dünənin, bu günün və sabahın partiyası olması fikrinin Azərbaycanın bugünkü inkişafında bir daha təsdiqləndiyini vurğulayıb.

Yığıncaqda YAP Şəki REM Ərazi partiya təşkilatının sədr müavini, Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov YAP Şəki REM Ərazi partiya təşkilatının illik hesabatını təqdim edib.

Y.Rəhimov bildirib ki, ötən il Şəki REM-in YAP üzvləri müəssisə tərəfindən həyata keçirilən 20 Yanvar Ümumxalq Hüzn Gününün, Xocalı faciəsinin ildönümü, 26 İyun Silahlı Qüvvələr Günü, 8 Noyabr Zəfər Günü və s. tədbirlərdə fəallıq göstəriblər.

Sonda YAP üzvləri Yevgeniya Bəkirova, Reyhan Mənəfova, Aygün İsmayılova və Elvin Qarayev Şəki REM YAP Ərazi partiya təşkilatının 2023-cü ildəki fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsini təklif ediblər. Təklif yekdilliklə qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: