Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2024 12:35
  • A-
  • A
  • A+

Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə  həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Arif Həşimovaraq həmin dövrdə müəssisə və təşkilatlarda aparılan müzakirələrdən bəhs edib. Bildirib ki, Fizika İnsitutu bütün hadisələrdə fəal iştirak edib. A.Həşimov institutun əməkdaşlarının təkcə elm sahəsində deyil, həmçinin ictimai-siyasi hadisələrə də dolğun qiymət verdiyini qeyd edib

Qeyd edib ki, 20 Yanvar hadisələri zamanı informasiya qıtlığı var idi, məlumatlar senzuradan keçdikdən sonra televiziya kanallarına  ötürülürdü.

Bildirib ki,  hələ qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınayıb, ifşaedici və cəsarətli bəyanat vermişdi. O, 20 Yanvar hadisələrinə əsil siyasi qiymətin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra verildiyini vurğulayıb.

Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasova canlı şahidi olduğu hadisələrdən danışıb. Bildirib ki, dünya azərbaycanlıları başqa ölkələrdə bir yumruq altında birləşməyi bacarırlar. O, həmin dövrdə Rusiyada yaşayan azərbaycanlıların Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısında yığışmasından, Ulu Öndərin nümayəndəliyə gəlişindən bəhs edib. Professor Ümummilli Lider Heydər Əliyevin çıxışı zamanı bu hadisəni xalqa qarşı cinayət adlandırdığını vurğulayıb. A.Abbasova həmin dövrdə Moskvada yaşayan azərbaycanlıların etiraz etmək üçün gördükləri işlərdən də danışıb.

Daha sonra fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayev, fizika üzrə fəlsəfə doktorları Kamil Qurbanov, Lalə Əliyeva, Niyazi Mursakulov, Pakizə İsmayılova,YAP-ın fəal üzvü, elmi işçi Bayram Xudayarov çıxış ediblər. Bu hadisələrə əsl hüquqi-siyasi qiymətin verilməsinin məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: