Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2024 14:00
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Dendrologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Dendrologiya İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi müəssisənin baş direktor v.i.e., b.ü.f.d., dosent Minarə Həsənova 20 Yanvar hadisələrinin baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda tarix boyu çox sayda şəhidlər verib. 20 Yanvar hadisələri də göstərdi ki, xalqımız öz müstəqilliyini, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün savaşmaq əzmindədir. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini daim uca tutur. Bu tədbirlər gənclərimizin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasına zəmin yaratmışdır.

Sonra İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, HİK-sədri Tünzalə Zeyvəliyeva, GAMŞ-nın sədri Nuray Qədirova, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mərdan Tağıyev, biologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Gülməmmədova, biologiya üzrə fəlsəfə doktoru Günay Məmmədova 20 Yanvar faciəsi barəsində danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər. Qeyd olunub ki, həm 20 Yanvar, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən, dövlətimizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq və həmişə dərin ehtiramla yad ediləcək.

Sonda İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyevanın “20 yanvar şəhidləri bizim silinməz qan yaddaşımızdır” adlı hazırladığı film nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: