Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.11.2015 09:24
  • A-
  • A
  • A+

Amerikalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar

Amerikalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar

Ölkəmizdə səfərdə olan, ABŞ-ın “Smithsonian” Təbiət Tarixi Milli Muzeyinin aparıcı tədqiqatçı antropoloqu, muzeyin Asiyanın mədəni tarixi proqramının direktoru Pol Teylor və Boston Universitetinin tarix üzrə fələfə doktoru Cəyred Koller AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar.

Görüşdə bu elm müəssisəsinin direktoru, professor Maisə Rəhimova respublika ərazisində aparılan son arxeoloji tədqiqatlarda qabaqcıl texnologiyaların geniş istifadə edildiyini söyləyib.

Bildirilib ki, yaxın gələcəkdə institutun elmi dəstəyi ilə “Virtual Qarabağ” İKT Mərkəzi ilə birgə Qarabağın dövlət əhəmiyyətli arxeoloji və tarixi abidələrinin elektron xəritəsinin yaradılması üzərində işlər aparılır. Belə ki, bu layihə çərçivəsində Qarabağ ərazisindəki abidələr elektron xəritə üzərində beynəlxalq standartlara uyğun pasportlaşdırılacaqdır.

Sonra amerikalı qonaqlara xüsusi hazırlanan virtual görüntülər nümayiş etdirilib. Görüntülərdə Azərbaycan arxeoloqları tərəfindən müxtəlif abidələrin tədqiqində GİS-texnologiyalardan, radiomaqnitometr cihazlarından və s. qabaqcıl tədqiqat vasitələrindən istifadə edilməsi əksini tapıb.

Amerikalı alimlər Azərbaycanda arxeoloji tədqiqatların dünyanın qabaqcıl standartlarına uyğun aparılmasından, ən son elmi metodlardan istifadə edilməsindən məmnunluqlarını bildiriblər.

Qonaqlar azərbaycanlı həmkarları ilə “dəyirmi masa” arxasında arxeoloji tədqiqatların yeni metodları, istifadə edilən son nəsil tədqiqat cihazları və gələcəkdə qarşılıqlı əməkdaşlıq barədə səmərəli fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: